Canəli Əkbərov qalmaqalına teatrdan cavab - YENİLƏNİB

Ötən gün muğam ustadı Canəli Əkbərovun 5 xalq artisti - Sərdar Fərəcov, Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov haqqında səsləndirdiyi fikirlər ölkə gündəmini zəbt edib. Xalq artisti həmkarları arasında ən çox Mənsum İbrahimov barəsində ağır ittihamlar irəli sürüb.

Ötən gün muğam ustadı Canəli Əkbərovun 5 xalq artisti - Sərdar Fərəcov, Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov haqqında səsləndirdiyi fikirlər ölkə gündəmini zəbt edib. Xalq artisti həmkarları arasında ən çox Mənsum İbrahimov barəsində ağır ittihamlar irəli sürüb.

M. İbrahimov açıqlama verərək ittihamlara cavab verib. O, Canəli Əkbərovun onu teatra gətirmədiyini söyləyib: "Biz sadəcə olaraq fikrimizi bildirmişik, Canəli müəllimi nə təhqir etmişik, nə də sənətinə toxunmuşuq. Üzr istəyirəm, onun haqqında nalayiq sözlər işlətməmişəm. Onun mənəviyyatının göstəricisidir. Danışdığı nağıldır. Bəlkə də, mənim bu mövzuda danışmağım qeyri-obyektiv olar. Siz teatr rəhbərliyi ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirə bilərsiz. Guya mənim üçün teatr rəhbəri ilə görüşüb, Məcnun kimi hazırlayıb".

Xalq artisti həmkarının 90-cı illərdə hərbiyə getməkdən boyun qaçırması barədə verdiyi açıqlamaya münasibət bildirib: "Cəbhə ilə bağlı danışıb. Biz yeddi qardaşıq, mənim 6 qardaşım cəbhədə vuruşub. Onlardan beşi Qarabağ veteranıdır. İkisi Qarabağ əlilidir, biri böynəyini itirib. Özüm hər dəqiqə cəbhə bölgəsinə gedirəm. Qaçmaq nə deməkdir? Aprel hadisələrindən bir gün sonra Ağdama getmişdik, xalqın içində olduq. Mən bu cür tərbiyə görməmişəm, ancaq nağıl danışıb. Yaşına-başına uyğun hərəkət etmir, mən ona nə deyim? Hər zaman ona hörmət qoymuşam. Məni tanıyan hər kəs tanıyır".

Mövzu ilə bağlı Opera və Balet Teatrının mövqeyini öyrənməyə çalışıb.

Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva Canəli Əkbərovun söylədiyi fikirləri təkzib edib: "Canəli Əkbərov qeyd edib ki, guya o, teatrın muğam operaları üzrə bədii rəhbər olub. Belə deyil, Canəli müəllim teatrın yalnız solisti olub. Heç bir bölmə rəhbəri olmayıb. Mənsum İbrahimova şəxsən Akif Məlikovun təşəbbüsü və göstərişi ilə Məcnun rolunun icrası üçün tapşırıq verilib. Canəli Əkbərov heç vaxt İbrahimovun Məcnun rolunu ifa etməsinə səbəbkar olmayıb. Heç vaxt rəhbərliyə Mənsum İbrahimov barədə təqdimat verməyib". "Qafqazinfo".az

***

Xalq artisti Mənsum İbrahimov ünvanına sərt sözlər səsləndirən həmkarı Canəli Əkbərova cavab verib. Muğam ifaçısı bu ittihamlara münasibət bildirməyəcəyini söyləyərək, C.Əkbərovu tənqid edib: "Onun dediklərinə fikir bildirmək istəmirəm. Yaşlı adamdır, əsəbləri yerində deyil. Bundan qalmaqal yaratmaq lazım deyil. Onun danışdıqları hamısı nağıldır. Cəmiyyət hamını yaxşı tanıyır".

Qeyd edək ki, C.Əkbərov M.İbrahimovu "Məcnun" obrazına onun hazırladığını deyib. Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31