Xoreoqrafiya Akademiyası tələbələrinin konserti oldu
7 Fevral 2017 11:03 MədəniyyətÖtən gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin konserti keçirilib. Akademiyadan "Olaylar" - a verilən məlumata görə, tələbələr Azərbaycan və dünya xalqlarının rəqslərini ifa ediblər.
Qeyd edək ki, gənc rəqqasların təqdim etdikləri "Azərbaycan süitası" adlı kompozisiya, "Naz eləmə", "Gülə-gülə" və digər milli rəqslərimiz böyük maraqla qarşılanıb. Bakı Xoreoqrafiya Akademiyasının tələbələri "Yallı" rəqs kompozisiyası ilə konsertə yekun vurublar. Konsertin bədii rəhbəri Xalq Artisti Gülağası Mirzəyev, quruluşçu baletmeysteri Xalq Artisti Yusif Qasımovdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31