Fotoda qış mənzərələri

Ötən gün  "Art Tower" qalereyasında "START" layihəsi çərçivəsində "Azərbaycan qış mənzərələri fotolarda" adlı sərgidə peşəkar və həvəskar olmaqla 10 fotoqrafın Azərbaycanın qış mənzərələrini əks etdirən əsərləri nümayiş olundu. "Arts Council Azerbaijan" qeyri-hökumət təşkilatından "Olaylar" - a verilən məlumata görə, sərgi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi  və "Arts Council Azerbaijan"  tərəfindən istedadlı fotoqrafların inkişafı məqsədilə təşkil edilib.

Qeyd edək ki, bu gün başa çatacaq sərginin sərginin kuratoru Rüstəm Hüseynovdu.

Layihənin keçirilməsində məqsəd Azərbaycan qış mənzərələrinin təbliğinə, mənzərə fotoqrafiyası sahəsində gənclərin rolunun artırılmasına təkan verməkdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31