"Borçalıda adam qalmadı, hamı..."
23 Yanvar 2016 12:59 MədəniyyətAşıq Telli Borçalı gözəllik sirləri və şəxsi həyatından danışıb.
Publika.az-a danışan sənətçi heç vaxt plastik əməliyyat etdirmədiyini deyib:
"Bir dəfə efirdə hamı mənə yaxınlaşıb plastik əməliyyat etdirib-etdirmədiyimi soruşdu. And içdim ki, nəyim var özümə məxsusdur - dodağım, qaşım, yanaqlarım. Bu gözəllik bizdə genetikdir. Anamın sifəti şüşə kimi hamardır. Üzündə bir dənə də qırış yoxdur".
Telli Borçalı şəxsi həyatından da danışıb:
"Bir dəfə saytların birində yazmışdılar ki, Tellinin möhtəşəm toy mərasimi keçiriləcək. Borçalıda adam qalmadı, hamı zəng eləyib, təbrik elədi. Dedim, ay insanlar, hələ toyum olmayıb, olanda sizə xəbər edəcəm. Hələ ki, həyatımda heç kim yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31