Küsülü aktyorlar barışdılar

"Paramparça" serialının 52-ci bölümündən ayrılan aktrisa Nurgül Yeşilçay küsülü olduğu həmkarı Erkan Petekkaya ilə barışıb."Qafqazinfo"nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aktrisa jurnalistlərə açıqlamasında serialdan ayrıldığı üçün kədərlənmədiyini bildirib. O, artıq yeni serial, film təklifləri aldığını, lakin tez qərar vermək üçün tələsmədiyini söyləyib.Yeşilçay həmçinin vurğulayıb ki, bir neçə gün öncə böyrəyinə görə əməliyyat olunan E. Petekkaya ilə barışıb:"Erkanla telefon vasitəsilə əlaqə saxlamışam. Yaxın günlərdə onu ziyarət də edəcəyəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31