Elzaya efirdə şeir oxumaq qadağan edildi
13 Dekabr 2015 15:13 MədəniyyətAzərbaycanın əməkdar artisti Elza Seyidcahana efirdə şeir oxumağı qadağan ediblər.Bu barədə Elza Seyidcahan özü Xəzər TV-də efirə gedən "Hər şey daxil" verilişində məlumat verib."Bilirsiz ki, mən şeir yazıram və məndən xahiş edəndə onu televerilişlərin efirində də oxuyuram. Amma oğlum mənə efirdə şeir oxumağı qadağan edib. Mən ona söz vermişəm ki, bir də bunu etməyəcəm. Mənim şeirlərim çap formasında çıxacaq. Bütün pərəstişkarlarım o şeirləri oxuya biləcəklər. Özü də buna tələbat var".Elza Seyidcahanın şeirləri daha çox sosial şəbəkələrdə reytinq toplayır və populyarlıq qazanır. Onun "Mat qalmışam" və "Bığ" şeirləri sosial şəbəkələrdə böyük rezonans doğurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31