“7 ildir bu gözəl məmləkətin xalq artistiyəm” – Faiq Ağayev VIDEO
17 Sentyabr 2015 16:15 Mədəniyyət"Artıq 7 ildir ki, bu gözəl məmləkətin, doğma Azərbaycanımın xalq artistiyəm. Fəxr edirəm". Bu sözləri "Facebook" ünvanında Azərbaycanın xalq artisti Faiq Ağayev yazıb.
O, daha sonra fəxri adın verilməsini əks etdirən video-çarx paylaşıb:
"Səhnə fəaliyyətinin 20 illiyində əməkdar artist dövlət və xalqımız tərəfindən layiqli adını - Xalq artisti adını qazandı. 2008-ci ilin 17 sentyabr tarixində Faiq Balağa oğlu Ağayev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın xalq artisti fəxri adı ilə təltif olundu. Beləcə 37 yaşlı sənətçi bütün ilkləri öz adına yazdırdı". Biz də "Olaylar" olaraq, Faiq Ağayevə sənət yolunda və həyatında uğurlar arzu edirik.
Həmin video-görüntünü təqdim edirik.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31