Vüsalə Rəcova hər həftə ATV-də “Aləm oyansın” deyəcək VIDEO

Uzun illərdir aparıcılıq edən Vüsalə Rəcova peşəsini Azad Azərbaycan telekanalında davam etdirəcək. Yayımı həftədə bir dəfə, şənbə günü nəzərdə tutulan yeni tele-layihə "Aləm oyansın" adlanır. Verliş saat yarım canlı ifaları, maraqlı qonaqları ilə tamaşaçısını ekrana bağlayacaq. Vüsalə  xanım əyləncəli səhər şousunun tamaşaçılara həftə sonu əhval-ruhiyyə bəxş edəcəyinə söz verib.

Xatırladaq ki, "Aləm oyansın"ın ilk buraxılışı 19 sentyabr saat 10:00-da yayımlanacaq.
 

 







Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31