"Tütək səsi"nin Cəbrayılı dünyadan köçdü
15 Sentyabr 2015 15:30 MədəniyyətSSRİ xalq artisti, teatr və kino aktyoru Mixay Volontir sentyabrın 14-dən 15-nə keçən gecə Moldovada dünyasını dəyişib. Milli.Az-ın "Report"a istinadən xəbərinə görə, bu barədə 81 yaşlı aktyorun həyat yoldaşı məlumat verib. M.Volontir uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. O, 1934-cü il martın 9-da anadan olub. Aktyor "Qaraçı" və "Budulayın qayıtması" filmlərində ifa etdiyi Budulay obrazı ilə məşhurlaşıb. Azərbaycan tamaşaçıları Volontiri rejissor Rasim Ocaqovun çəkdiyi "Tütək səsi" filmində ifa etdiyi Cəbrayıl obrazı ilə tanıyıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31