Bakıda Kolumbiya mədəniyyət gecəsi keçiriləcək
9 Sentyabr 2015 16:44 MədəniyyətKolumbiyanın Azərbaycandakı səfirliyi bu ölkənin mədəniyyətinə həsr edilmiş gecə təşkil edir. Bu barədə Trend səfirliyə istinadən məlumat verir. Tədbir "Tato Marenco y Vía 40" qrupunun musiqili müşayiəti ilə keçəcək. Qonaqlar Barrankilyadan olan tanınmış şef-aşpaz İvan Fransisko Eskobarın hazırladığı Kolumbiya mətbəxinin ənənəvi təamlarını dada biləcəklər. Tədbirdə Azərbaycan nümayəndələrindən başqa, Kolumbiya icmasının üzvləri və Kolumbiyanın Azərbaycandakı dostları iştirak edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31