Musiqili Teatr Ü. Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalında iştirak edəcək

18-28 sentyabr tarixlərində Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki,  bu möhtəşəm tədbirdə İtaliya, Latviya, Rusiya, Suriya, Estoniya, Kanada və  Türkiyədən tanınımş musiqiçilər və kollektivlər - Miina Yarvi, Mişel Kampanella, Tanel Joametts, Oleq Poxanovski, Azmex Kinan, Gürcüstan Kamera Orkestri, Liyepaya Simfonik Orkestri, Rusiya Nəfəs Alətləri Kvinteti, Saksafon kvarteti və başqaları ilə yanaşı, Dövlət Musiqili Teatrı da iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31