Habil Əliyevin oğluna son NƏSİHƏTİ
9 Sentyabr 2015 15:04 MədəniyyətHabil Əliyevin ölümü Azərbaycan xalqı və ailəsi üçün böyük bir itkidir. Bu sözləri Milli.Az-a ötən gün dünyasını dəyişən xalq artisti Habil Əliyevin oğlu Rəvan Habiloğlu deyib. Filarmoniyada vida mərasiminə qatılan Rəvan Habiloğlu göz yaşları içində atası haqda danışıb: "İlk öncə, onu qeyd etmək istərdim ki, mən, yaxın sirdaşımı, dostumu və nəhayət ki, atamı itirdim. Onun yeri boş qaldı mənim üçün. Bu, Azərbaycan xalqı və ailəsi üçün böyük itki oldu. Bir oğlu kimi bilmirəm ifadələrimi necə dilə gətirim, mən atasız bundan sonra necə yaşayacağımı ağlıma gətirə bilmirəm. Çox çətindi. Mən daima atamın yanında olmuşam və onun son nəfəsinəcən başının üzərində oldum. Rəvan Habiloğlu atasının nəsihətindən də söz açıb: "Atamın ölümündən qabaq mənə olan nəsihəti həmişə olduğum kimi qalmaq və dəyişməyəcəyimlə bağlı idi".