Mürəbbə qazanına düşən azyaşlı öldü

O, Bakıdakı Yanıq Mərkəzində dünyasını dəyişib

Sentyabr ayının 1-i Tovuzun Dondar Quşçu kəndində bişməkdə olan mürəbbə qazanına düşərək yanan uşaq dünyasını dəyişib. Bunu ANS PRESS-ə Tovuz rayon Polis İdarəsindən bildirdilər. İdarədən onu da dedilər ki, 2014-cü il təvəllüdlü Zəhra Sərxan qızı Abdiyeva Bakıda aparıldığı Respublika Yanıq Mərkəzində vəfat edib. Hazırda azyaşlının meyiti yaşadığı kəndə gətirilib.

Zəhra Abdıyeva sentyabrın 1-də anasının səhlənkarlığı üzündən həyətdə bişməkdə olan mürəbbə qazanına düşmüş, dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da bədəninin 50 faizindən çoxu yandığı üçün paytaxta göndərilmişdi.

Bundan qabaq da oxşar hadisə Masallı rayonunda baş vermişdi. Rayonun Ərkivan qəsəbəsində yaşayan 3 yaşlı Aylin Mirzəyeva həyətlərindəki qaynar qazana düşmüş, yanıq xəsarəti alan azyaşlını xəstəxanaya gətirsələr də orada dünyasını dəyişmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31