Xalq artisti Masallıda dəfn olunacaq
7 Sentyabr 2015 13:09 MədəniyyətÖtən gün dünyasını dəyişən xalq artisti İlham Əsgərov Masallıda dəfn olunacaq. Axşam.az xəbər verir ki, Akademik Milli Dram Teatrının mətbuat katibi Elçin Cəfərovun APA-ya verdiyi məlumata görə, İ. Əsgərov ailəsinin istəyi ilə Masallıda torpağa tapşırılacaq. Xalq artisti ilə vida mərasimi bu gün yaşadığı evdə - Mirəli Seyidov, 14 ünvanında olacaq.
Qeyd edək ki, 1958-ci il təvəllüdlü İ. Əsgərov sentyabrın 6-da öz evində qəflətən insult keçirməsi nəticəsində vəfat edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31