Məlahət Abbasova Azərbaycanda filmə çəkilir

Türkiyədə yaşayan azərbaycanlı aktrisa, əməkdar incəsənət xadimi Məlahət Abbasova Azərbaycanda filmə çəkilir.  Axşam.az-ın məlumatına görə, bu haqda rəqqasə Oksana Rəsulova deyib. O, ekran işinin çəkilişlərinin başladığını bildirib: "Hazırda Göyçaydayam. "Brat Li" adlı filmin çəkilişini edirik. Burada kənd qızı obrazındayam. Məlahət Abbasova isə mənim anamdır. Gözəl Məlahət xanım, Türkiyədən xoş gəlmisiniz, bizim fəxrimizsiniz. Burada İlkin Miskərli mənim sevgilim obrazındadır. Ekran işində Sabir Məmmədov da var. O, isə atam rolundadır".




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31