İsrafil İsrafilov yenidən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru vəzifəsinə təsdiqlənib

Onun Mədəniyyət və Turizm Nazirliyi ilə olan müqaviləsi yenilənib

 Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov yenidən bu vəzifəni daşıyacaq.APA-nın teatrdan əldə etdiyi məlumata görə, onun Mədəniyyət və Turizm Nazirliyi ilə olan müqaviləsi bu gün yenilənib.Qeyd edək ki, bu gün həmçinin Azərpaşa Nemətov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib və kollektivə təqdim olunub.Xatırladaq ki, İ. İsrafilov ilk dəfə 2010-cu ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31