Afaq qalmaqaldan danışdı: “Çaşma” VIDEO
31 Avqust 2015 15:23 MədəniyyətQalmaqallı açıqlamaları ilə tanınan müğənni Afaq Aslan yaradıcılıq işlərindən danışıb. İfaçı bildirib ki, sözləri Altay Yaşara, musiqisi Fərahimə məxsus "Çaşma" adlı bəstəni oxuyub: "Bu mahnını eşitdiyim gündən bəyəndim və oxumağa razılıq verdim. Əsas da mahnının sözlərini özümə yaxın hiss etdim. Mahnıda deyilən sözlər məni şou-biznesdə gözü götürməyən bir neçə həmkarıma ismarışdır. Mənimlə düşmənçilik edən insanların çoxunun payını zamanla verəcəm. Bir çoxlarımı adımı qalmaqallı müğənni qoyub. Başa düşə bilmirəm ki, insan özünü müdafiə edəndə və həqiqəti söyləyəndə qalmaqallı olur? Şou-biznesin bir neçə nümayəndəsi mənə qarşı qruplaşma yaradıblar. Həmin adamların cavablarını yaxın zamanda verəcəm. Onların adlarını açıqlayacam. Mənim kimdənsə çəkinəcəyim yoxdur. Öz işimlə məşğulam. Sentyabr ayında yaradıcılığımda tam fərqlilik olacaq. Bu gün təqdim etdiyim "Çaşma" adlı mahnı isə radiodalğalarda da səslənəcək".