Monrealda "Qanlı Yanvar"ın nümayişinə hazırlıq başladı VIDEO

Kanadada "Qanlı Yanvar" filminin biletlərinin satışına başlanılıb

Kanadada 39-cu Monreal Beynəlxalq Film festivalı öz işinə başlayıb. Festival çərçivəsində azərbaycanlı kinorejisyor Vahid Mustafa Yevin filminin nümayişi baş tutacaq.  Anspress-in məlumatına görə festivalın proqramında yer alan "Qanlı Yanvar" filmi sentyabrın 2-si və 3-ü Monrealın "Cinema Quarter Latin" kinoteatrında nümayiş olunacaq. Artıq "Qanlı Yanvrarın" afişalarıda Monreal küçələrini bəzəyir. Filmə biletləri həm kinoteatrın kassalarından həm də "online" almaq mümkündür. 



"Qanlı Yanvar" filminin biletlərinin "online" satışı


"Qanlı Yanvar" filmi 39-cu Monreal Beynəlxalq Film festivalının proqramında 


Festivalın rəsmi loqosu


Aqustun 27-si başlayan beynəlxalq festival sentyabrın 7-nə dək davam edəcək.

Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizədən bəhs olunan "Qanlı Yanvar" bədii filminin rejisyoru Vahid Mustafa Yev, ssenari müəllifi Vahid Naxış, operatorlar Vüsal Cəfərov, Əfşin Əlizadə, musiqi müəllifi Ərya Aziminicatdır. 

"Qanlı yanvar" filmində hadisələr sovet ordusunun törətdiyi faciə fonunda cərəyan edir. Rejisor 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə baş verənləri azərbaycanlı Nərimanovlar ailəsinin gözü ilə göstərir. İki qardaş - kommunist Nəcəf və inqilabçı Mehdi əks düşüncəyə sahibdirlər. Onlar inandıqları uğrunda ölüm-dirim mübarizəsinə başlayıblar. 

Dramın mərkəzində isə onların anası - Türkiyənin tanınmış aktrisası Nəbahət Çehrənin canlandırdığı Xədicə xanım dayanıb. Filmdə tanınmış azərbaycanlı aktyorlarla yanaşı Nəbahət Çehrə və Leyn Devis kimi məşhur xarici aktyorlar da çəkiliblər.


"Qanlı Yanvar" filmindən kadr 


Nəbahət Çehre ana obrazında
 
 

"Qanlı Yanvar" rəsmi treyler


1977-ci ildən Kanadanın Kvebek əyalətinin Monreal şəhərində keçirilən və Amerika qitəsinin ən iri festivallarından olan "Monreal Beynəlxalq Film festivalı" Ümümdünya prodüserlər assosiyasi (FIAPF) tərəfindən akreditə olunub. FIAPF-ın akreditə etdiyi kinofestivallar sırasında BerlinKannMoskvaVenesiyaTallinQahirəTokio kimi nüfuzlu film festivalları var.


39-cu Monreal Beynəlxalq Film festivalının afişası

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31