Avtoyuma məntəqəsindən “Range Rover” qaçırıldı

Paytaxtın Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqələrindən birindən gecə saatlarında "Range Rover" markalı nəqliyyat vasitəsi qaçırılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə çalışan 23 yaşlı R.Rzayev müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, həmin şəxs sərxoş halda idarə etdiyi qaçırdığı avtomobillə yol-nəqliyyat hadisəsi də törədib.

Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31