Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb

Martın 28-də ölkədə cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədən borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31