Evdən 6 min dollardan çox pul oğurlayan şəxs SAXLANILDI
14:47 KriminalSabunçu rayonunda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb.
Bu barədə Milli.Az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu rayonu Maştağa qəsəbəsində bir nəfər yaşadığı evdən 6300 dollar pul vəsaitinin naməlum şəraitdə oğurlandığını deyib.
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 28 yaşlı R.Əlizadə müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31