Prokurorluqdan hakimin oğlunun intihar etdiyi hadisə ilə bağlı AÇIQLAMA

Bakıda məhkəmə sədrinin arvadına xəsarət yetirdikdən sonra intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə   Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 25-də Xətai rayonu ərazisində Emin Əlizadənin Şəfiqə Ələkbərovanı qəsdən öldürməyə cəhd etməsi, daha sonra isə özünü hündürlükdən ataraq intihar etməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edək ki, E.Əliyevin atası Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31