Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi başladı
18:58 Kriminalİşçisini öldürən biznesmenlə bağlı məhkəmə başladı
Yanvarın 15-də Bakının Yasamal rayonunda iş yoldaşı və yaxın adamı kimi tanınan xanım əməkdaşını amansızlıqla qətlə yetirən məşhur iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmə prosesi keçirildi.
Öncədən onu qeyd edək ki, məhkəməyə təqdim olunan cinayət işində qətli törədən şəxsin iş yoldqşı İradə Muradovanı anlaqsız vəziyyətdə öldürdüyü ittiham olunurdu. Dövlət ittihamçısının və təqsirləndirilən şəxsin vəkililinin çıxış və suallarında da məhkəmə işinin bu istiqamətdə aparılmasına istiqamətləndirmə müşühidə olunmaqda idi. Elə təqsirləndirilən şəxsin də verdiyi ifadəsində də müttəhimlər kürsüsündə oturanın anlqasız adam olduğunu sübuta yetirmək cəhdi heç kəsin gözündən yayınmırdı. Qeyd etmək yerinə düşər ki, o, ifadəsi zamanı məqsədinə müəyyən qədər nail ola bilirdi. Tələsməyək, hadisələrin axarını izləyək və hakim xanımın gəldiyi qənaəti gözləyək; ölkəmizdə qanunların şah olmasına inanımımız heç vaxt "büdrəməsin".
Müstəqil.Az-ın məhkəmənin ilk iclasından hazırladı reportaja görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmənin açılış və təqdimatından sonra ilkin olaraq prokuror ittiham aktını elan etdi.
.jpg)
O, ittiham aktında bildirdi ki, qətl 2025-ci il avqustun 23-də Bakının Yasamal rayonunda, H.Cavid prospektində qatilə məxsus mənzildə baş verib. Amansızlıqla qətlə yetirilən İradə Muradovanın meyiti Emil Ağacanova məxsus mənzilin hamamında vannada tam çılpaq vəziyyətdə aşkar olunub. İlkin araşdırmalarla qadının Emil Ağacanov tərəfindən xüsüsi amansızlıqla qətlə yetirildiyi məlum olub.
Emil Ağacanov qətli törədərkən
doğrudanmı anlaqsız vəziyyətdə olub?
Dövlət ittihamçısından sonra hakim Emil Ağacanovun ifadə verməsini istədi. Təqsirləndirilən şəxsin verdiyi ifadəyə görə, o uzun müddət yaxın münasibətdə olduğu İradə ilə öz evində olub və qəbul etdiyi narkotikin təsriri altında dini mahnılara qulaq asıb. İttiham aktında deyilənlərə əsaslanaraq qeyd edək ki, o, daha sonra İradə xanımı boğaraq öldürüb.
KİV-dən məlum olduğu kimi, təqsirləndirilən barədə ilkin olaraq həbs qətimkan tədbiri seçilsə də, daha sonra Yasamal rayon prokurorluğunun tibbi-ekspertiza şöbəsinin verdiyi sənədə əsaslanaraq onun, guya qətli törədərkən anlaqsız vəziyyətdə olduğu nəzərə alınıb. Bu rəyə əsasən də psixiatriya xəstəxanasında məcburi müalicəyə cəlb olunaraq polisin nəzarətinə verilib. Zərərçəkmiş tərəf bu qərarla razılaşmır. Təsadüfü deyil ki, qətlə yetirilən İradə Muradovanın zərərçəkmişin hüquqi nümayəndəsi kimi tanınan nümayəndəsi Rəna Muradovə və digər yaxınları istintaqın ilk günlərindən iddia edirdilər ki, istintaq işi birtərəfli aparılıq. Qarşı tərəfin yaxınları açıq-aydın deyirmiş ki, əlimizdən gələni edəcəyik ki, Emili xilas edək, məsuliyyətdən kənarda saxlayaq.
"Mən İradəni çox istəmişəm, Bizi ayıran şeytan olub"
Məhkəmənin gedişi zamanı ittihama münasibət bildirən qətl törədən Emil Ağacanov irəli sürülən ittihamları qəbul etməyərək, bu cinayət mənə aid deyil, deyərək qətlin onun iradəsindən və hər hansı zorakılıq əməllərindən kənar baş verdiyini, dedi. "Mən İradəni çox istəmişəm. Onun bir kəlməsinə, gülüşünə dünyanı verərdim. Hadisə tam yadımda deyil, amma onu bilirəm ki, mən onu arxadan qucaqlayıb, islama dəvət edirdim. İradə 15 ildən çox mənim yanımda olub. Qohumları da şahiddir ki, ona necə baxmışam. İradə xristian idi, onu dinə gətirərək ailə qurmaq istəmişəm. Bizi ayıran şeytan olub. İradənin içində şeytanlar, cinlər var idi, onun özü deyildi, mən onu arxadan sinəmə sıxıb şeytanlardan qurtarmaq istəyirdim".

Emil Ağacanov
İfadə verdiri zaman Emil Ağacanov əsasən özünün günahkar olmasındaqn bəhs etdi, İradə ilə hər axşam söhbət etdiyindən, onun ömədiyindən , yaşadığından söz açması məhkəmənin hakimini və onun köməlçilərini, zalda oturanları özünün həqiqətən də anlaqsız, loru dillə desək dəli olduğana inandırmağa cəhd etməsi idi. Buna nail oldumu? Zənnimizcə yox. Hakim Səbinə Məmmədzadənin məhkəmənin qarşıda olan günlərdə keçiriləcək proseslərdən sonra gələcəyi qənaət, verəcəyi hökmdən məlum olacaq, o doğrudanmı nümayiş etdirdiyi ruh halındadır, yoxsa Zərərçəkmişin qanuni nümayəndəsi Rəna Muradovanın dediyi kimi, aktyorluq edir?
Bu haqda məhkəmənin sonunda biləcəyik..
"İradə gözü korlar üçün ölüb, mənim üçün o sağdır"
Yanvarın 15-də keçirilən məhkəmə zamanı isə Emil Ağacanov hələ də İradənin yaşadığına inandığını deyir: "İradə gözü korlar üçün ölüb, mənim üçün ölməyib, mənimlə indi də danışır. Onunla yenə də görüşəcəyik".
Təqsirləndirlilən şəxs hakim və vəkillər tərəfindən ona verilən suallara cavab oaraq bildirdiri ki, özünün rəsmi ailəsi olsa da, o, İradə xanımla da kəbin kəsdirib, övlad dünyaya gətirmək istəyirmiş: Hər kəsin bir haqqı var, mən onu da almaq istəyirdim. Amma müsəlman deyildi deyə, ala bilmədim. Onu namaz qılmağa dəvət etdim, kəlmeyi-şəhadəti dedirmək istədim. Dedim ki, dini qəbul et, evlənək, uşaqlarımız olsun. Dəvətimi qəbul etdi. Amma danışa bilmədik. Mənə bu zaman zəng gəldi, İradə dedi ki, telefona cavab ver, danışaq. Mən də dedim ki, bu, şeytan əməlidir, telefonu sındırdım. Kimin zəng etdiyini isə görmədim".
Emil. Ağacanov ifadəsi zamanı haşiyəyə çıxıb, hər kəsə "Ayfon" telefonindan uzaq olmağı məsləhət gördü" Baxın, görün, siz o telefonun arxasını aça bilərsiniz? Əlbəttə yox. O telefon şeytan əməlidir, o telefonların içində şeytan var"...
Maraqlı olan odur ki, Emilin telefonuna kimin tərəfindən zəng edildiyini ğzü görə bilməsə də, istintaq aparan tərəfin bunu "görməsi", nəmalum zəngin kim tərəfindən olunduğunu müəyyən etməsi heç də çətin məsələ olmamalıdır. Məhkəmənin irəlidə olan vaxtlarında müstəntiqin bu məsələdə nə qədər diqqətli və peşəkar olduğunu biləcəyik.
"Kim deyir ki, İradə ölüb? O, ölməyib, sağdır"
Hələlik isə 2026-cı il yanvarın 15-də keçirilən məhkəmə prosesində Prokurorun "necə oldu ki, İradə öldü" sualına E.Ağacanov belə cavab verir: "Kim deyir ki, İradə ölüb? O, ölməyib, sağdır, mənimlə söhbət edir, siz bunu bilməzsiniz. Mən onu çox sevirəm". Bununla da amaqnsızlıqla qətl törədən şəxs, özünü ilahi bir sevginin daşıyıcısı olduğunu dilə gətirməklə, həqiqətən də psixi durumunun yerində olmamasını sübutlayırdı, qənaətinə gəlməmək olmurdu.
Bununla belə,Emil Ağacanovun guya ki, anlaqsız olduğuna gərə ifadə verdiyini nümayiş etdirməyə cəhdləri bəzi məqamlarda iflasa uğrayırdı. Təqsirləndirilən şəxs 17 yaşından dinlə məşğul oldğunu, həmin yaşda da Kərbəla ziyarətinə getdiyini deyir: "Mən Kərbalada olsam da bu adı üzərimə götürmədim, hələ tezdir, deyə düşündüm"
Ona narkotik aludəçisi olması ilə bağlı verilən suallara cavabı isə, onun doğurdan da kifayət qədər ağıllı, düşüncəli, təcrübəli, məsuliyyətdən yayınmaq üçün növəbəti çabalar etməsinə olmasına hesablanırdı: Mən narkotika ilə məşğul olmamışam. İstifadə etdiyim narkotik vasitə kimi qələmə verilən məhsul marixuana olub, mən nəşə qəbul etmişəm. Bu isə narkotika deyil, "Quran" görün bu haqda yazılıb? Marixuananı isə kimdən aldığımı xatırlamıram".
Təqsirləndirilən şəxs sorğu-sual zamanı zərərçəkmiş şəxsin hüquqi varisinin də şeytan olduğunu dilə gətirdi. Ümumiyyətlə Ağacanovun çıxış yolu şeytanların ona, ətrafa təsirini dilə gətirməsini bəyan etməsindən kənara çıxmırdı. Yaddaşı isə çox möhkəmdir Ötən ilin fevral ayında İradə ilə işlə bağlı, birlikdə istirahət etmələri üçün səfərlərindən, ona və özünə hədiyyələrin alınmasından bəhs etdi və tarixinə, saatına qədər yanılmadı. Hakim xanımın diqqətindən kənar qalmadı: baxıram ki, tarixləri dəqiq deyirsiniz, həqiqətən də həmin tarixdə dediyiniz səfərlərdə olmusunuz, replikasına, ani fikirdən, "götür-qoydan" sonra əlavə etdi ki, zərərçəkmiş, yəni öldürdüyü İradə xanım indi də sağdır və heç vaxt ölməyib həmin coğrafiyada səfərdədir, onu gözləyir.
"Bacımla Emilin münasibətləri yaxşı idi"
İradə Muradovanın hüquqi varisi Rəna Muradova ifadəsində Emil Ağacanovun dediklərinin 80 faizi yalan olduğunu dedi: "Bacımla Emilin münasibətləri yaxşı idi. Onların ilk tanışlıqları hansısa marketdə oldu və həmin an mən bacımla birlikdə idim. Onlar sonradan bizə qonaq da gəlmişdilər. Mənim də ona yaxşı münasibətim var idi. Mən Emilin bacımla tanışlığından sonra evləndiyini əvvəllər bilməmişəm. Protokolu oxuyanda bunu bilmişəm. Bacım Emillə qalmayıb, həmişə anamla qalıb".

Rəna Nuradova
Rəna xanım ifadəsində bacısı İradənin ölümündən yarım saat əvvəl həyətə düşdüyünü deyir: "Sonra yenidən mənzilə daxil olub. Emili narkotikdən əzab çəkdiyi üçün tək qoymaq istəməyib. Məlum olmuşdu ki, bacım da, qatil də yarıçılpaq vəziyyətdə olub. Mən bacımı morqda gördüm. Pis vəziyyətdə idi. Bədənində qançirıər var idi. Onu yuyan qadınlar deyib ki, öləndə zülüm görüb. Dırnaqları sındırılmışdı, görünür, müqavimət göstırib, nədənsə prokurorluğun müstəntiqi və tibbi ekspertizası bunları ilk günlər görmək istəməmişdi, bacımı təsadüfə öldürdüyünü, 120.1 maddə ilə ittiham edilməli olması qərarını vermişdilər".
"O, dəli deyil, burada aktyorluq edir"
Rəna xanım, qarşı tərəfdən fərqli olaraq verdiyi ifadədə obyektivliyini saxlayır: "Bacımın yanına tez-tez gəlirdim. Onu hadisədən iki gün əvvəl görmüşdüm. Heç bir problem yox idi. Emilin pis söz dediyini, kobud olduğunu, anlaqsızlığını heç vaxt görməmişəm. Amma ondan anamın xoşu gəlmirdi. Dəli olması da yalandır. Narkotik qəbul edirdi, düzdür, müalicə də olunmuşdu. Hadisə olan yerdə narkotik tərkibli həblər də aşkarlanmışdı, qanından müayinə vaxtı da aşlarlanmışdı. Amma bütün bunlar tibbi ekspertizanın qeydlərində, müayinə zamanı yazılan aktlarda əksini tapmır, səbəbini hakim müəyyən edəcək, yəqin ki"
Rəna xanımın E.Ağacanova münasibətini bildirərkən, ondan şikayətçiyəm. O, dəli deyil, burada aktyorluq edir, narkotik maddənin təsiri altında bacımın qətl hadisəsini törədib, deməsi təqsirləndirilən şəxsin özünə də, hüquqi varisi olan anasına da xoş gəlmədi. Ağacanov fürsət tapıb Rəna xanımın ailə daxili məsələlrini yada saldı, baldızı haqda haçansa işlətdiyi ifadəni dedi ki, bu da anlaqsız, huşu başında olmayan adamın yaddaşının işi deyildi. Təqsirləndirilən şəxsin dərdli və qəzəbli anası isə İradənin uzun müddət əxlaqsızlıq edib, oğlu ilə eyni yatağı paylaşmasını dilə gətirdi, əl hərəkətləri ilə uzun müddət pdeqoji fəaliyyətlə mğşğul olan, ağbirçək ananın etməli olmadığı hərəkətlərə rəvac verdi.

Zərəçəkmişin vəkilinin verdiyi məntiqli sualları cavablandırmaqda çətinlik çəkən Ağacanov isə, məhkəmə prosesində nümayiş etdirdiyi anlaqsız olmasını bilərəkdən nümayiş etdirdiyinə şübhə yerinin qalmadığını isbatladı...
Vəkilin sualları qarşısında məhkəmə boyu verdiyi ifadənin kəsrliliyinin üzərinə su çiləndi. Hər kəsə, ən çox da məhkəmə işçisinə, hakimə məlumdur ki, anlaqsız, dəli adam 15 il müddətində istifadə etdiyi marixuananı tanımadığı adamdan almışam, deməsi bilərəkdən kimi isə ələ verməmək, yaxud sünü şəkildə özünü anlaqsız göstərmə cəhdidir. Ağıllı adamın hərəkətləri, hadisələri ilk dəqiqədən nəzarətdə saxlamaq səriştəsi, verilən suallara bütünlüklə özünə sərf edən cavablar verməsi Emil Ağacanovun kifayət qədər anlaqlı olmasından xəbər verir. Təqsirləndirilən şəxsin məhkəmə sonunda vəkilin üzərinə səsini qaldıraraq yaratmaq istədiyi şou ilə də diqqətdə qaldı. Elə məhkəmə sonunda jurnalistlərin birinin, əgər bu dəlidirsə... bu çox ağıllı adamdır, deməsi də dediklərimizlə üst-üstə düşdü.
Ötgün
Müstəqil.Az
Zəruri qeyd: Məhkəmənin növbəti proses yanvarın 29-da davam edəcək.
Xatırlatma: Emil Ağacanov "Chermington Transportation Services" MMC, "AZRENT" MMC, "Caspi Style" MMC və "Port Baku" ticarət mərkəzində yerləşən italyan brendi "YAMAMAY"ın sahibi olub.
Qətlə yetirilən İradə Muradova isə sahibkarın "YAMAMAY" mağazasının icraçı direktoru vəzifəsində çalışıb.
Emil Ağacanov barəsində Cinayət Məcəlləsiin 120.2.4-cü (xüsüsi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Sözardı: Bakı Ağır Cinayətlər Məhkəməsinin işi və Müstəqil.Az-ın araşdırması davam edir. Bizi izləyin.