Sabunçuda 10 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarıldı
15:45 KriminalPolis əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı 32 yaşlı Şadman Zamanlı şübhəli şəxs qismində saxlanılıb. Ondan 9 kiloqram 955 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib. Araşdırmalar davam etdirilir.Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31