Qatilin cəzası ağırlaşdı: Emil Ağacanov qətli amansızlıqla törədib

 

 

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır

Mətbuatdan məlum olduğu kimi, 2025-ci ilin avqust ayının 28-də Yasamal rayonu, Hüseyn Cavid prospekti 26 ünvanda, mənzil 22ddə yerləşən binada dəhşətli qətl hadisəsi törədilmişdir.

Tanınmış iş adamı, bir çox şirkətlərin sahibi 48 yaşı Emil Ağacanov tabeliyində olan brend mağazalardan birinin icraçı direktoru, 37 yaşlı İradə Muradovanı amansızlıqla qətlə yetirmişdir.

Hadisə ilə bağlı Yasamal rayon prokurorluğunun müstəntiqi 120.1 ci maddə ilə cinayət işi aparmış, ekspertiza rəyinə görə də hadisəni törədən şəxsin anlaqsız olması iddiasınə əsas götürmüşdür. Müdafiə tərəfi protest vermiş, zərərçəkmiş qismində tanınan Rəna Muradovanın haqlı etirazları və KİV-də  mütəmadi dərc olunan məqalələr cinayət maddəsinin 120.2.4-lə əvəzlənməsinə nail olunmaqla istintaqın gedişində cüzü dəyişiklik edilmib,

Lakin, məhkəmə tibbi-ekspertizasının qərarı qüvvədə qalır: E.Ağacanov qətli törədərkən anlaqsız olub.

Emil Ağacanov

Hadisələrin və istintaqın gedişi əsas verir ki, özünə məxsus olan firmanın brend mağazasında icraçı direktoru işləyən qadını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Emil Ağcanov cinayət məsuliyyətindən və cəzadan azad edilə bilər. Lakin unutmayaq ki, dünyada haqq deyilən bir məfhum da var; Haqq nazilə, lakin üzülməz.

Müstəqil.Az-ın araşdırması və əldə etdiyi məlumata görə ibtidai istintaq müddətində aparılan psixiatriya yoxlamaları Ağcanovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi qəaəti qatilin məsuliyyətdən yaxa qurtarmasına səbəb ola bilər. Bu barədə vəkilin dəfələrlə etdiyi protest və mətbuatın gəldiyi qənaət istintaqı aparan qurum tərəfindən birmənalı olaraq nəzərə alınmayıb. Bu məqamda qatli törədən şəxsin yaxın qohumu Elnur Həbibovun işlətdiyi, R. Muradovanın mətbuata sızdırdığı ifadə yada düşür: Biz nə olursa olsun Emili xilas edəcəyik.

Məhkəmə tibbi ekspertizanın verdiyi rəyə görə özünün işçisinə qarşı amansızlıqla qətl tərədən şəxsin psixoloji durumuna görə o, istintaq təcridxanasından çıxarılaraq ixtisaslaşmış tibbi müəssisəyə yerləşdirilib.

BU BİR TƏSADÜFDÜRMÜ?

Yasamal rayon prokurorluğunun müstəntiqi Səyyad Abbasovun apardığı istintaq işinin matrealları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  İş beş ailə üzvünü anlaqsız vəziyyətdə öldürən Əhməd Əhmədovun cinayətini araşdıran hakim Səbinə Məmmədzadənin icraatına verilib. Bu bir təsadüfdürmü, yoxsa, hakimin istintaqın gəldiyi qənaətə əsasən qatillərə anlaqsız olduqları güman edilərək hğkm vermək təcrübəsi əsas götürülüb? Hər halda inanmaq istəyək ki, Hakim xanım müdafiə tərəfinin gətirdiyi əsaslı arqumentlərə və istintaqın yenidən aparılmasına qərar verəcək.

Səbinə Məmmədzadə

Xatırladaq ki, Yasamal rayon prokurorluğu verdikləri  qərarda Emil Ağcanovun xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinməsini, lakin anlaqsız olduğundan cəzadan azad edilərək psixiatriya mərkəzinə yerləşdirilməsini istəyir.

Qətlə yetirilən İradə  Muradovanın zərərçəkmiş qismində tanınan bacısı Rəna Muradova bu qərarla razılşamır. O, cinayət işi üzrə istintaqın və tibbi yoxlamanın düzgün aparılmadığı ilə bağlı prokurorluq orqanlarına, ölkə başçısına, vityse- prezident Mehriban xanım Əıiyevaya dəfələrlə müraciətlər edib.

Hadisələrin necə cəryan edəcəyini, xanım hakimin gələcəyi qənaəti, verəcəyi qərarı gözləyək. Əlbəttə ki, məhkəmənin obyektivliyinə inam hissi ilə, zərərçəkmiş tərəf təqsirləndirilən şəxsin yenidən tibbi yoxlamadan keçirələcəyinə  və işi araşdırdılacağına ümüd edir.

Söz adrdı: Məhkəmə işi  və Müstəqil.Az-ın araşdırması davam edir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31