Ruslan Eyyubov bu maddələrlə- İttiham olunur
18:34 KriminalBir qədər əvvəl barəsində həbs qətimkan tədbiri seçilən iş adamı Ruslan Eyyubovun hansı cinayətlərdə ittiham edildiyi məlum olub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, R. Eyyubov Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 206.4 (Xüsusilə külli miqdarda qaçaqmalçılıq), 193-cü (Yalançı sahibkarlıq), 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə) maddələri ilə ittiham edilir.
Məhkəmənin qərarı ilə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31