Xankəndidə 11 yaşlı qıza qeyri-etik hərəkətlər etmiş şəxs həbs olundu

Xankəndi şəhərində yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər etmiş Gəncə şəhər sakini 1996-cı il təvəllüdlü Elvin Məmmədli (soyad şərtidir) cinayət məsuliyyətinə cəlb edilib.

29 yaşlı şəxs barəsində Cinayət Məcəlləsinin 153.2-ci (Əxlaqsız hərəkətlər) maddəsilə iş açılıb.

Aparılan araşdırmalarla müəyyən edilib ki, hadisə Xankəndi şəhəri ərazisində yerləşən "Xankəndi tikiş fabriki"nin işçilərinin məskunlaşdığı beşmərtəbəli binada baş verib. O, binanın qarşısında bir qrup uşağın gizlənqaç oynadığını görüb və 2014-cü il təvəllüdlü Aytənə (şərti adlı) gizlənməkdə kömək etməyi təklif edib. Azyaşlı qız Elvinin təklifi ilə razılaşaraq onun dediyi mənzildə gizlənib. Bu zaman gənc oğlan 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib.

Hadisədən sonra Aytən həyəcanlandığı üçün oyunu yarımçıq saxlayaraq evə gedib və baş vermiş olayın üstü açılıb.

O da məlum olub ki, Elvin dövlət qurumlarından biri tərəfindən Xankəndiyə ezamiyyətə göndərilibmiş. O, artıq tutduğu vəzifədən azad edilib.

Xankəndi Şəhər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə Elvin Məmmədli 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib./News24.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31