Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

Ali Məhkəmədə dələduzluqda və vəzifə cinayətlarında ittiham edilərək 5 il 6 ay həbsə məhkum edilmiş Zaqatala rayon sakini Zaur İsmayılovun kassasiya şikayətinə baxılıb.

Milli.Az xəbər verir ki, məhkəmə Z.İsmayılovun tələbini qismən təmin edib və Şəki Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək işi yenidən apellyasiya instansiyasına qaytarıb.

Qeyd edək ki, Şəki Apellyasiya məhkəməsi 1-ci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamaqla bağlı qərar qəbul etmişdi.

Xatırladaq ki, banklardan birinin xəzinədarı olan Z.İsmayılov həmyerlisi İsa Abdullayevin şikayəti əsasında həbs edilmişdi.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31