Gürcüstan onu Azərbaycana təhvil verdi

Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya edilib.

Olaylar.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Gürcüstanın Baş Prokurorluğu tərəfindən Azərbaycan vətəndaşı Samir Salah oğlu Mehdiyevin ekstradisiyası haqqında qərar qəbul olunub.

İmişli rayon polis şöbəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Samir Mehdiyevin Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü (dələduzluq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Onun barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilərək beynəlxalq axtarış elan olunub.

S.Mehdiyev Gürcüstan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31