Rusiyada azərbaycanlı biznesmen ölü tapıldı – araşdırma cinayət işi kimi aparılır

Rusiyanın Sverdlovsk vilayətində 49 yaşlı azərbaycanlı sahibkar İlqar Xanadanov ölü halda tapılıb.

Olaylar.az xəbər verir ki, o, 24 oktyabrda itkin düşmüş sayılırdı.

Məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb, istintaq orqanları qəsdən qətl versiyasını əsas istiqamət kimi araşdırır.

Xanadanov bölgədə kiçik iaşə məntəqəsinə - şaurma və kabab satışı nöqtəsinə sahib idi.

Mərhumun həyat yoldaşı bildirib ki, ərinin nə borcu, nə də işlə bağlı mübahisəsi olmayıb. O, həmçinin cəsədin Azərbaycana gətiriləcəyini və dəfn mərasiminin vətəndə keçiriləcəyini açıqlayıb.

Hadisə yerli icma arasında böyük rezonans doğurub və hüquq-mühafizə orqanları ölümün səbəblərini tam aydınlaşdırmaq üçün araşdırmanı davam etdirir. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31