Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu - 80 min manat OĞURLANDI - YENİLƏNİB
11:20 KriminalKapital Bank Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinin dələduzluqla üzləşməsi ilə bağlı araşdırma aparır.
Bu barədə Kaptal Bank məlumat yayıb.
"Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinin dələduzluqla üzləşməsi haqqında xəbərdən məlumatlısınız. Mövzu ilə bağlı araşdırma başlanılıb. Hazırda lazımi tədbirlər görülür. Ən qısa zamanda nəticələrlə bağlı sizə məlumat veriləcək", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, AZAL-ın təyyarə qəzasında həlak olan ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub. Atası Cəlil Əliyevin kart hesabından ümumilikdə 80 507 manat pul çəkilib. Kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.