Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Əmisi arvadı ilə cinsi əlaqədə olduğu üçün öldürüldü

Lənkəranda kişi əmisinin arvadını zorladığı üçün 7 dəfə bıçaqlanıb.

Olaylar.az Cenublu.az-a istinadla bildirir ki, hadisənin istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Əliyevin sədrliyi ilə keçirilib.

Belə ki, 1981-ci il təvəllüdlü lənkəranlı Ziya Əliyev 2009-cu ildən 2018-ci ilədək narkotik istifadəsinə görə 10 il müddətində azadlıqdan məhrum edilib. Bu müddət ərzində doğulmuş 4 övladının qardaşı oğlanları Rəşad Əliyev, Bəhruz Əliyev və Peyman Əliyevdən olduğunu güman edib. Həbsdən çıxdıqdan sonra bu fikri ağlından çıxara bilmədiyi üçün arvadı Yeganə Əliyeva ilə münaqişəyə başlayıb və onu dəfələrlə döyüb. Döydükdən sonra arvadı etiraf edib ki, qardaşı oğlanları Peyman və Bəhruz ona dəfələrlə təcavüz edib. Və uşaqlar Ziyanın övladları deyil. Bu etirafdan sonra Əli qardaşı oğlu Bəhruza 7, Bəhruzun anası, qardaşı arvadına isə 10 bıçaq zərbəsi vuraraq öldürüb.

Ziya Əliyev Azərbaycan Respublikası CM-nin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsilə təqsirləndirilib.

Məhkəmədə dindirilən Ziya Əliyev özünü hadisədə təqsirli bilərək zalda ifadə verməkdən imtina edib. O, istintaqdakı ifadəsini təsdiq edib və ifadə zalda elan olunub:

"2009-cu ildə 234-cü maddə ilə mən 10 il həbs olundum. 2018-ci ildə həbsdən çıxdım. 2005-ci ildən Yeganə Əliyeva ilə ailə həyatı qurmuşuq. Onunla evlilikdən 2009-cu ildə Fatimə Əliyeva, 2016-cı il təvəllüdlü Leyla Əliyeva, 2020-ci il təvəllüdlü Yadulla Əliyev, 2022-ci il təvəllüdlü Ruqəyya Əliyeva adlı 4 övlad dünyaya gəldi.

Qardaşım Ədalət Əliyev 1998-ci ildə Moskvada qətlə yetirildi. Qardaşımın ortancıl övladı Bəhruz Əliyev və qardaşımın arvadı Rahilə Əliyevadır. Onlarla münasibətim həmişə normal olub. Bəhruzun özündən başqa 2 qardaşı da var. Qardaşımın hər üç övladını özüm böyütmüşəm. Mənim ailəmlə qardaşımın ailəsi bir evdə qalmışıq.

Mən həbsdə olduğum zaman anam əlində vərəqlə mənim yanıma gəldi. Həmin vərəqdə arvadım Yeganənin hamilə olduğu xəbəri və hamilə tarixi yazılmışdı. 2005-ci ildən evli olsaq da, 2009-cu ilədək 4 il övladımız olmadı".

O, həbsdə olanda hesablamaları ilə arvadının ondan hamilə qalmadığından şübhələnib:

"Özüm oturub hesabladım. Həmin uşağın məndən olmadığı qənaətinə gəldim. Lakin özümü bu fikirdən yayındırmağa çalışdım. Fatiməni öz qızım kimi görməyə başladım. Buna baxmayaraq, həbsdən sonra Yeganə ilə dəfələrlə aramızda problem yarandı. Hətta Yeganəni döymüşəm də. Yeganənin Fatiməyə necə hamilə qaldığını dəfələrlə soruşdum.

2 il əvvəl, 2022-ci ildə evdə olduğum zaman qardaşımın kiçik oğlu Rəşadın Yeganəyə nəsə deməsindən sonra arvadımın həyəcanlı səslə "Mosu evdədi" dediyini eşitdim. Rəşadın ona nə dediyini soruşsam da, Yeganə heç nə demədi. Ondan sonra qardaşımın övladlarından şübhələnməyə başladım.

Bundan başqa, bir dəfə Rəşadın evin arxasında taxtaların arasında ehtiraslı formada "ah" çəkdiyini eşitdim. Bu zaman həyəcandan boğulmağa başladım və Rəşadın Yeganə ilə birlikdə ola biləcəyindən təkrar şübhələndim".

Onun sözlərinə görə, bir gün qızı Leylanı vuran zaman qardaşının ortancıl oğlu Bəhruz onunla dalaşıb:

"Leyla məni əsəbiləşdirdiyi üçün ona şillə vurdum. Bu zaman Bəhruz üzərimə cumaraq mənimlə əlbəyaxa oldu. Mənə "o mənim balamdır" dedi. Bəhruzun bu sözü çox ürəkdən deməsi təkrar şübhə oyatdı.

Onu da deyim ki, 2015-ci ilin dekabr ayında Qobustanda həbsxanada cəza çəkdiyim zaman Yeganə anası ilə birlikdə yanıma gəldi. Orda arvadım mənə yaxınlıq eləmədi. Onun hamilə olmasından şübhələndim. Buna görə Leylanın mənim övladım olmadığından şübhələnirəm.

Sonda Yeganə Peyman və Rəşadın ona təcavüz etdiyini etiraf etdi.

Uşaqlar yatdıqdan sonra Yeganəni çağırıb ona əl qaldırmayacağımı dedim ki, mənə hər şeyi etiraf etsin. Yeganə də and içdirdikdən sonra qardaşımın övladlarının onunla zorla cinsi əlaqədə olduqlarını etiraf etdi.

Yeganədən ilk dəfə kimin ona toxunduğunu soruşanda Peymanın ilk dəfə onu zorladığını bildirdi. Ondan övladlarımın atalarının kim olduğunu soruşanda, Fatimənin Peymanın qızı olduğunu, lakin Peymanın bununla razılaşmadığını, Yadullanın Rəşadın övladı olduğunu dedi.

Bunları eşidəndən bir neçə gün sonra bıçağı belimə qoyub həyətə çıxdım. Əslində fikrim 3 qardaşın 3-nü də öldürmək idi. Amma qapının ağzında Bəhruzu gördüm. Yanına gəlib dayana bilmədim. Bıçağı çıxarıb 7 dəfə bıçaqladım. Bəhruzun sonuncu dəfə "Ay Allah, öldüm" dediyini eşidim. Bəhruzun səsinə anası, qardaşımın arvadı Rahilə çıxdı. Gözüm döndüyü və onun da bu hadisələri bildiyini düşünüb 10 dəfə onu bıçaqladım".

Ziya Əliyev heç bir kişiyə belə hadisə arzulamadığını deyib:

"Heç bir kişinin başına belə bir hal gəlməsini arzulamıram. 44 ilə qazandığım hər şeyi bu hadisə ilə əlimdən aldılar. Öz övladım kimi böyütdüyüm qardaşımın oğlanları namusuma göz dikdilər".

Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin hüquqi varisi Peyman Əliyev ifadəsində bildirib ki, təqsirləndirilən şəxs əmisidir:

"Hadisə günü Şirvan şəhərində qayınanamgildə idim. Qardaşım Bəhruz zəng edib dedi ki, "qaqa, çıxarsan yola, anamın dişi ağrıyır, onu həkimə aparacam, gəlib bizi yoldan götürərsən". Bunun üstündən üç-beş dəqiqə sonra qonşu Əjdər zəng vurub Bəhruzun Ziya tərəfindən bıçaqlandığını dedi. Həmin vaxt digər qardaşım Rəşadı götürüb kəndə gəldim. Bəhruzu qapıda yerdə görüb xəstəxanaya apardım. Qardaşımın öldüyünü dedilər, morqa getdim. Morqda anamın da öldüyünü eşitdim. Ziya iki nəfəri öldürüb, barışıqdan söhbət gedə bilməz, haqq, ədalətlə ona ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edirəm.

Yeganəyə isə təcavüz etdiyim, zorladığım barədə deyilənlərin hamısı yalandır".

Daha sonra məhkəmədə Ziya Əliyevin yoldaşı Yeganə Əliyeva şahid qismində kürsüyə dəvət edilib. Yeganə Ziyanın əri olduğundan onun əleyhinə ifadə verməyəcəyini bildirib, ifadə verməkdən imtina edib. Onun ibtidai istintaqdakı ifadəsi elan edilib:

"Bəhruzgilnən hər zaman münasibətim yaxşı olub. Amma Ziya ilə münasibətim yaxşı deyildi. Hər zaman məni və övladlarımı döyüb. 2009-cu ildə Ziya həbs edildiyi vaxt qayınanam ilə onun saxlanıldığı yerə getdim, orada Ziyaya hamilə olduğumu dedim. Ziya bundan sonra şübhələnməyə başladı və uşağın ondan olmadığını, guya başqası ilə cinsi əlaqədə olduğumu iddia elədi.

Bundan sonra Ziya cəzaçəkmə müəssisəsində olanda mütəmadi onun yanına gedərək onunla cinsi əlaqədə oldum, buna görə də 2016-cı ildə də uşağımız oldu. Onun psixoloji problemləri olduğu üçün hər xırda detaldan şübhələnirdi. Bir dəfə səhvən oğlum Yadullaya Rəşad adı ilə müraciət elədim. Bu ifadəmdən şübhələnərək Yadullanın guya Rəşaddan olduğunu dedi. Son vaxtlar ümumiyyətlə onun psixologiyasında problemlər yaranmışdı.

Bir gün Ziya məni yanına çağırıb namaz qıldı ki, mənə heç nə etməyəcək. Təkrar kimin mənimlə cinsi əlaqədə olduğunu soruşdu. Mən də Ziyadan qorxduğum üçün yalandan öz qardaşı uşaqları Bəhruz, Peyman və Rəşadın 2006-cı ildən başlayaraq mütəmadi mənimlə zorla cinsi əlaqədə olduğunu dedim. Hadisə də bundan sonra baş verdi. Ziya əsəb xəstəliyindən əziyyət çəkib, bununla bağlı özünün dediyinə görə 2008-ci ildə Maştağa qəsəbəsində yerləşən psixiatriya xəstəxanasında müalicə də alıb".

Məhkəmə istintaqının gedişində telefonlarda aparılan yoxlamalarla həqiqətən Peyman və Bəhruzun Yeganə Əliyevanı zorladığı sübuta yetirilib.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Ziya Əliyev ömürlük azadlıqdan məhrum edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31