Masazırda dəhşətli qətl hadisə: 4 uşaq anası ərini öldürdü

Masazır qəsəbəsində evlərdən birində arvad ərini bıçaqlayıb. 

Olaylar xəbər verir ki, baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub.

Hadisə saat 14 radələrində Masazır qəsəbəsində yerləşən evlərdən birində qeydə alınıb.

Ailə münaqişəsi zəminində 1993-cü il təvəllüdlü Ayxan Əhliman oğlu Hacızadə həyat yoldaşı 1993-cü il təvəllüdlü Nazirə Nazir qızı Əliyeva tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, onların dörd övladı olub və yaşadıqları mənzildə kirayə qalırmışlar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31