İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı həbs edildi
26 Noyabr 10:40 Kriminal70 kiloqram qızılla saxlanılan hərbi attaşe Dövlət Təhlükəsizliyi Xidmətində həbs edilib.
Belə ki, Məmmədov Qəhrəman Şamil oğlu barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.
Müəyyən edilib ki, Qəhrəman Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Cinayət Məcəlləsinin ölkə hüdudlarından kənarda qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunur.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Qəhrəman Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Qəhrəman Məmmədovun əvvəllər Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə işlədiyi və son olaraq Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində hərbi attaşe kimi fəaliyyət göstərdiyi barədə məlumatlar var.