İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşenin cəzası bilindi
25 Noyabr 21:05 Kriminalİstanbulda 70 kilo qızılla saxlanılan azərbaycanlı hərbi attaşe Qəhrəman Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakıya gətirilən polkovnik-leytenant istintaqa cəlb edilib.
İlkin araşdırma sonrası ona qarşı Cinayət Məcəlləsinin 12.1 206.3.3 ( Azərbaycan Respublikasının ərazilərindən kənarda törədilməklə külli miqdarda qaçaqmalçılıq), 12.1 341.1 (Azərbaycan Respublikasının ərazilərindən kənarda törədilməklə vəzifə səlahiyyətlərini aşma) və digər maddələrlə ittiham verilib.
Toplanmış məlumatlar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Q.Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Q.Məmmədov əvvəllər Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə işləyib. O, son olaraq Azərbaycanın Səudiyyə Ərəbistanıdakı səfirliyində hərbi attaşe kimi fəaliyyət göstərib.