Bakıda DƏHŞƏT: 20 yaşlı oğlan anasının boynunu sındıraraq öldürdü
4 Noyabr 11:00 KriminalBakıda dəhşətli cinayət törədilib.
Olaylar xəbər verir ki, hadisə noyabrın 3-ü saat 23 radələrində Şüvəlanda qeydə alınıb.
Yardımlı rayon sakinləri, 2004-cü il təvəllüdlü Sadiq Beybudlu kirayədə yaşadığı Şüvəlan qəsəbəsindəki evdə anası, 1984-cü il təvəllüdlü Zəminə Beybudlunun ayağına bıçaqla xəsarət yetirib, sonra boynunu sındıraraq öldürüb.
Daha sonra anasının tanışı 1985-ci il təvəllüdlü Elvin Allahverdiyevin əlinə taxta parçası ilə xəsarət yetirib.
Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və prokurorluğa təhvil verilib. (lent.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31