Dünənki atışmanın səbəbi bilindi - TƏFƏRRÜAT
18 Oktyabr 10:57 KriminalDünən saat 20 radələrində Qəbələnin Zərgərli kəndində 2 nəfərin güllələnərək öldürülməsi, 1 nəfərin isə xəsarət alması hadisəsinin təfərrüatları üzə çıxıb.
Olaylar bildirir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisə kənd sakini 1951-ci il təvəllüdlü Gülsadə Məmmədəliyevanın evinin həyətində baş verib.
İlkin məlumata görə, G.Məmmədəliyevanın oğlunun başqa şəxsə pul borcu olub. Məsələyə onun tanışı 1979-cu il təvəllüdlü Əlibaba Gəncimov da qarışıb və qarşı tərəfə borcun vaxtında ödənilməsinə dair söz verib. Lakin G.Məmmədəliyevanın oğlu borcu vaxtında ödəyə bilməyib. Nəticədə onunla Əlibaba arasında narazılıq yaranıb.
Mübahisənin münaqişəyə çevrilməsindən sonra Əlibaba Gəncimov tüfəng götürərək G.Məmmədəliyevanın yaşadığı evə gəlib. O əvvəlcə G.Məmmədəliyevaya atəş açıb. Bunu görən qadının nəvəsi 23 yaşlı Nurlan Məmmədəliyev evdən tüfəng götürərək Əlibabanı güllələyib. Baş verən atışma nəticəsində Ə.Gəncimov ölüb. Nurlan özü də müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.