Azərbaycanlı gənc Rusiyada qətlə yetirildi
29 Avqust 2024 10:05 KriminalAzərbaycanlı gənc Rusiyanın Surqut şəhərində qətlə yetirilib.
Olaylar xəbər verir ki, Masallının Şatıroba kənd sakini Allahqulu Əlihüseyn oğlu Səfərov naməlum şəraitdə bıçaqlanaraq öldürülüb. Hadisə ötən gün qeydə alınıb.
Qətlin hansı zəmində törədilməsi hələlik məlum deyil.
Mərhumun yaxınlarının saytımıza verdiyi məlumata əsasən, Allahqulu Səfərov doğulub-böyüdüyü Şatıroba kəndində dəfn ediləcək. Onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31