Bakıda mağazadan külli miqdarda qızıl oğurlandı

Nərimanov rayonu ərazisində yerləşən mağazaların birindən 1400 manat dəyərində olan qızıl-zinət əşyasının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən A.Babayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31