Bakı sakini külli miqdarda heroinlə saxlanıldı
25 May 2023 10:19 KriminalBakıda heroin alverçisi saxlanılıb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Şəhər sakini Niyazov Cavid Azər oğlu paytaxtın Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 41/47 ünvanının qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinə gətirilib, üzərində axtarış aparılan zaman üzərindən 205,032 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı Nəsimi RPİ-də CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31