Evdən 9000 manat və 7000 ABŞ dolları aparan şəxs yaxalanıb
23 May 2023 14:15 KriminalSabirabad şəhəri ərazisindəki evlərin birindən 9000 manat və 7000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən rayon E.Abbasov saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki evlərin birindən 9000 manat və 7000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş E.Abbasov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31