Salyan sakininin həyətində çətənə kolları aşkar edilib

Salyan rayonunun Kürqaraqaşlı kənd sakinin həyətindən çətənə kolları aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Kürqaraqaşlı kənd sakini, əvvəllər məhkum olunmuş M.Rzayevin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 30 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31