Soyğunçuluqla məşğul olan şəxs saxlanıb

Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində rayon sakininə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 21-də Göytəpə şəhəri ərazisində rayon sakini T.Şamiyevin 245 manatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Göytəpə şəhər sakini R.Məmmədov saxlanılıb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31