50 mənzili qarət edən şəxs ələ keçdi
23 May 2023 13:43 KriminalBinəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi və 6-cı Polis Bölməsinin əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsi ərazisində silsilə oğurluqlar edən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vaqif Hümbətov müəyyən olunaraq saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, ilkin araşdırmalar zamanı onun 7 evdən və bir avtomobildən ümumilikdə 15.900 manat, 1.222 türk lirəsi, 12.000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurladığı məlum olub.Vaqif Hümbətov ifadəsində bu oğurluqlarla yanaşı, azadlığa buraxılandan sonra son 9 ay ərzində müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində 50-yə yaxın evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladığını da etiraf edib.Onun barəsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Vaqif Hümbətovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Binəqədi Rayon Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.