Evdən pul və qızıl- zinət əşyaları aparan şəxs tutulub
19 May 2023 15:50 KriminalBinə qəsəbəsinin Atçılıq massivindəki və Buzovna qəsəbəsindəki iki evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a bildirilib ki, Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binə qəsəbəsi Atçılıq massivindəki bir evdən pul və 4700 manat dəyərində qızıl-zinət əşyaları, Buzovna qəsəbəsindəki digər bir evdən isə 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini K.Manaflı müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31