Ümumi çəkisi 8,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunub
19 May 2023 15:34 KriminalPolis əməkdaşlarının mayın 18-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 8,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. DİN-dən "Olaylar"a bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 5,1 kiloqramdan artıq heroin, 3,3 kiloqrama yaxın marixuana, 50 qramdan artıq metamfetamin, həmçinin 200 ədəd güclü təsiredici xassəyə malik həb və 58 ədəd çətənə kolu olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31