Biləsuvarda hamilə və daha 3 nəfər döyülərək xəsarət alıb
15 May 2023 13:58 KriminalBiləsuvarda kütləvi dava olub.
Rayon sakinləri - 33 yaşlı M. Şükürov, 26 yaşlı E. Şükürov, 45 yaşlı S. Mirzəyev və 22 yaşlı Z. Mirzəyeva döyülərək, müxtəlif bədən xəsarətləri alıblar. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisənin təfərrüatları məlum deyil.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xəsarət alan Z.Mirzəyevanın 8 həftəlik hamilə olduğu deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31