Evdən pul oğurlayan şəxs ələ keçib
15 May 2023 13:30 KriminalLənkəran şəhəri ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki evlərin birindən 3800 manat pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb. Həmin şəxsin Lerik rayon sakini N.Məmmədov olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31