Avtomobil qaçıran şəxs yaxalanıb

Mayın 14-də Xırdalan şəhəri ərazisindən Bakı şəhər sakini V.Şahbazova məxsus "Opel" markalı avtomobilin qaçırılması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub. DİN-dən "Olaylar"a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş B.Səmədov Qaradağ rayonu ərazisində avtomobillə saxlanılıb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31