Qadına qarşı quldurluq edən şəxs tutulub

Bakı şəhər sakini olan bir qadına qarşı quldurluq etməkdə şübhəli bilinən paytaxt şəxs saxlanılıb.DİN-dən "Olaylar"a bildirilib ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 14-də rayon ərazisində Bakı şəhər sakini olan bir qadını döyərək quldurluq yolu ilə ondan pul tələb etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş B.Məhiyəddinov müəyyən olunaraq saxlanılıb. Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31